Bakı. TurkicWorld:
Dünya Hökumət Zirvəsi çərçivəsində Dubayda olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
TurkicWorld-un məlumatına görə, Ərdoğan, “Gələcəyin Hökumətlərini Formalaşdırmaq” mövzusunda keçirilən Dünya Hökuməti Zirvə toplantısının fəxri qonağıdır.
Görüş mətbuata qapalı keçirilib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu gün Dubayda keçirilən Dünya Hökuməti Zirvə toplantısında iştirak edib. Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri, vətəndaş cəmiyyətlərini, beyin mərkəzləri və media nümayəndələrini, iş adamlarını bir araya gətirən sammitdə R.T.Ərdoğan əsas məruzəçi kimi çıxış edib.
Aytac Süleymanova
Twitter: a_alieva_