Son dəqiqə

Türkiyə

Sivasda ermənilər tərəfindən şəhid olan əsgərlərin xatirəsi anılıb

Bakı. TurkicWorld:

Sivasda ermənilər tərəfindən şəhid olan əsgərlərin xatirəsi anılıb.

TurkicWorld-un məlumatına görə, 1915-ci il fevralın 10-da Sivasın Suşehri rayonunda ermənilər tərəfindən şəhid olan 71 əsgərin xatirəsi anılıb.

Anım mərasimindən sonra rayon protokolu və vətəndaşlar “Şəhidlik” kimi tanınan abidə məzarlarının yerləşdiyi əraziyə gedərək dualar ediblər.

Suşehri Bələdiyyə Başçısı Fazlı Yüksel 1915-ci ildə baş verən bu hadisəni yaşatdıqlarına və bu günlərə çatdırdıqlarına görə Yeşilyayla Köyü Sosial Yardımlaşma Dərnəyinə və muhtarlığa təşəkkür etdi.

Hafiz Rufizoğlu


Mövzuya görə xəbərlər