Togg T10X üçün sınaq günləri təşkil olunacaq

Togg T10X üçün sınaq günləri təşkil olunacaq

Bakı. TurkicWorld:

Togg T10X üçün Sakarya, Bursa, Diyarbəkir, Ankara və İstanbulda sınaq sürüşü günləri təşkil olunacaq.

TurkicWorld-un məlumatına görə, şirkət bu il daha çox istifadəçiyə T10X təqdim etmək səylərini davam etdirir və beş şəhərdə test sürüşü günləri təşkil edir. İstifadəçilər şirkətin internet saytı vasitəsilə görüş təyin etməklə T10X ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.

Sınaq günləri 8-11 fevral tarixlərində İstanbulda İSTMarina AVM, Sakaryada Serdivan AVM, Bursada Downtown Life və Əyləncə Mərkəzində və Ankarada Bilkent Mərkəzində keçiriləcək.

İstifadəçilər fevralın 8-9-da İstanbulda Zorlu Centerdə, 10-11 fevralda İstanbul Yedimavidə, 9-12 fevralda isə Diyarbəkirdə Ceylan Karavil Parkında test sürüşü edə biləcəklər.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

Məlumat üçün bildirək ki, TOGG-un sedan modeli 2024-cü ilin sonunda təqdim ediləcək və istehsal, 2025-ci ildə başlayacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_