Bakı. TurkicWorld:
Fələstinlilərin suverenlik arzusunu öldürə bilməyəcəklər.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.
"İsrail Qəzzadan Fələstin irsini silməklə və mədəni soyqırım törətməklə yeni hərbi cinayətlər törədir. Arxivlərin, kitabxanaların, muzeylərin, məscidlərin xalqın milli yaddaşının ən qiymətli sərvətlərinin məhv edilməsi barbarlıqdan başqa bir şey deyil. Onların həyata keçirdikləri soyqırım və müharibə praktikaları Fələstin kimliyinə və mədəniyyətinə yönəlib. Bu vəziyyət vicdanlı hər kəs, xüsusən də Qərb ziyalıları tərəfindən qəbuledilməz bir vəziyyət kimi qiymətləndirilməlidir. İsrail liderləri mədəni irsi məhv etdiklərini bilməlidirlər. İşğallar, qırğınlar və soyqırım aktları fələstinlilərin ruhunu məhv etməyəcək. 1967-ci ildən bəri bu, dəfələrlə sübut olunub",- deyə o bildirib.
Altun, İsrailin Fələstində daha çox dağıntıya səbəb olmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyəti sərt addımlar atmağa çağırmağa davam etdiklərini vurğulayaraq qeyd edib ki, bütün tərəfləri humanitar yardımların əldə edilməsini asanlaşdırmağa və danışıqlar masasına qayıtmağa dəvət edirik. Fələstinin suverenliyi qorunmalıdır. Bu, yeganə mümkün və daimi həll yoludur.
Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 947 nəfərə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_