Bakı. TurkicWorld:
Qırğız Respublikası Nazirlər kabinetinin sədri Akılbek Japarov Ankaraya rəsmi səfər edib.
TurkicWorld-un məlumatına görə, bu səfər çərçivəsində Nazirlər kabinetinin sədri Qırğızıstan-Türkiyə hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclasında və Qırğızıstan-Türkiyə biznes forumunun işində iştirak edəcək.
Akılbek Japarov, Türkiyə Respublikasının rəsmi nümayəndələri ilə də görüşəcək və bir çox müəssisələrin fəaliyyəti barədə məlumatlandırılacaq.
Görüşlərin və tədbirlərin yekunlarına əsasən ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Aytac Süleymanova
Twitter: a_alieva_







