Bakı. TurkicWorld:
İslam Gənclər Forumu geniş coğrafiyanı əhatə edən bir proqramdır.
TurkicWorld-un məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İslam Əməkdaşlıq Gənclər Forumunun 5-ci Baş Assambleyasına video müraciət göndərib.
Ərdoğan 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə təməlini qoyduğu Gənclər Forumunun getdikcə populyarlaşdığını bildirib.
“Bu gün İslam Gənclər Forumu müsəlman gənclər üçün həyata keçirilən bir proqramdır. Asiyadan Afrikaya, Amerikadan Ərəbistan yarımadasına qədər geniş coğrafiyada fəaliyyət göstərir",- deyə o qeyd edib.
Ərdoğan müsəlmanları və gəncləri iqtisadi, mədəni və sosial sahələrdə gücləndirmək, özünə inamı artırmaq üçün geniş fəaliyyətlər həyata keçirən Forumu təbrik edib.
Aytac Süleymanova
Twitter: a_alieva_