Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, fevralın 10-da Zonguldak şəhərinə səfər edəcək.
TurkicWorld-un məlumatına görə, bu barədə AK Partinin Zonquldak şəhər sədri Mustafa Çağlayan məlumat verib.
"Sədrimiz və prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan 10 fevral şənbə günü saat 14:00-da siz dəyərli vətəndaşlarımızla Mədənçi Abidəsində görüşəcək. Zonquldak, tarixinin ən böyük mitinqinə hazırlaşır. Bütün vətəndaşlarımızı tarixi mitinqə dəvət edirəm",- deyə Mustafa Çağlayan bildirib.
Aytac Süleymanova
Twitter: a_alieva_