Bakı. TurkicWorld:
Liviya və Türkiyə ikitərəfli münasibətləri müzakirə edilib.
TurkicWorld-un məlumatına görə, Liviya Milli Birlik Hökumətinin rəhbəri Əbdül Həmid Dabaiba səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Tripolidə keçirilən görüşdə tərəflər bir sıra siyasi və iqtisadi sənədləri və iki ölkə arasında əməkdaşlığın aspektlərini müzakirə ediblər.
Hakan Fidan, Liviyaya səfərinin iki ölkə arasında səylərin birləşdirilməsi və iki ölkə arasında ümumi maraq doğuran bir sıra məsələlərin, xüsusilə İsrailin Qəzzaya təcavüzü və Liviyada seçkilərin keçirilməsi üçün beynəlxalq səylərin dəstəklənməsinin müzakirəsi çərçivəsində olduğuna diqqət çəkib.
Hakan Fidan bildirib ki, Türkiyə Liviyanın şərqində daşqın fəlakətindən zərər çəkmiş ərazilərin bərpasına töhfə verməyə hazırdır.
Hafiz Rufizoğlu