Kahramanmaraşı ikinci müdafiə sənayesi mərkəzinə çeviririk - Ərdoğan

Kahramanmaraşı ikinci müdafiə sənayesi mərkəzinə çeviririk - Ərdoğan

Bakı. TurkicWorld:

Kahramanmaraşı Ankaradan sonra Türkiyənin ikinci müdafiə, aviasiya və kosmos sənayesi mərkəzinə çeviririk.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əslində istehsal, məşğulluq və ixracla bu şəhərləri gələcəyə hazırlayacaq irəliləyişlərin infrastrukturunu yaradırıq. Bu çərçivədə ölkəmizin lokomotiv sektoru müdafiə sənayesi sərmayələrini zəlzələ bölgəsindəki şəhərlərimizdə cəmləşdirəcək bir mənzil və məşğulluq layihəsinə başladıq. Türkiyə Müdafiə Sənayesi İdarəsinin etdiyi planlaşdırma ilə Hatay-Kırıkhanda Roketsan üçün sənaye sahəsi qururlur. Bir çox aviasiya hissələri, o cümlədən pilotsuz uçuş aparatımız Anka burada istehsal olunacaq.", - deyə o əlavə edib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

X: Lamanasadli01