Bakı. TurkicWorld:
Türkiyədə İstanbul Çağlayan Ədliyyə binası qarşısında terrora cəhd edənlərin havadarları və dəktəkçiləri cəzalandırılacaqlar.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cümhur İttifaqı söz verir və yerinə yetirir. Ədliyyə binası qarşısında törədilən terror aktında xainlər öz mənfur məqsədlərinə nail ola bilmədilər. Türkiyə heç bir ayrı-seçkilik etmədən bütün terror təşkilatlarına və onların dəstəkçilərinə qarşı mübarizəni qətiyyətlə davam etdirəcək”,- deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün Türkiyədə İstanbul Çağlayan Ədliyyə binasına hücum cəhdi olub. Hadisə nəticəsində iki hücumçu ölü ələ keçirilib, üçü polis olmaqla beş nəfər yaralanıb.
Aytac Süleymanova
Twitter: a_alieva_