Son dəqiqə

Türkiyə ABŞ Mədəniyyət və Turizm Naziriyi

41 tarixi əsər ABŞ-dan Türkiyəyə gətirilib

Bakı. TurkicWorld:

1980-ci ildən xaricə qaçaqmalçılıq yolu ilə gətirilən minlərlə tarixi əsərin Türkiyəyə qaytarılması istiqamətində aparılan işlər çərçivəsində 41 tarixi əsər Türkiyəyə qaytarılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, əsərlərin Türkiyəyə qaytarılmasında ABŞ-ın Manhetten Prokurorluğu və ABŞ Daxili Təhlükəsizlik və Kəşfiyyat İdarəsi (HSI) tərəfindən aparılan araşdırmalar mühüm rol oynayıb.

Bundan əlavə, gətirilən əsərlər arasında Roma dövrünə aid Kybele heykəlciyi, Minerva başı, qadın heykəlciyi, Minerva büst, killia tipli baş geyimi, Terrakotta qadın başı, Arakaylar dövrünə aid qara fiqurlu olpe, eramızdan əvvəl VI əsrə aid vaza, Roma dövrünə aid Satir heykəlciyi, eramızdan əvvəl IV əsrə aid Frig dəbilqə tipli tunc heykəllər tapılmışdır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər