Son dəqiqə

Türk Silahlı Qüvvələri

Türk Silahlı Qüvvələri son bir həftədə 60-dan çox terrorçunu zərərsizləşdirib

Bakı. TurkicWorld:

Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatlarına qarşı mübarizəsi fasiləsiz və qətiyyətlə davam edir. Həyata keçirilən əməliyyatlar nəticəsində son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, 63 terrorçu zərərsizləşdirilib. Bununla da ötən il yanvarın 1-dən bəri zərərsizləşdirilən terrorçuların sayı 2541-ə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin həftəlik hesabatında bildirilib.

Məlumata əsasən, son bir həftə ərzində Türkiyənin Suriyadaki hərbi bazalarına terrorçular tərəfindən 13 təxribat və hücum edilib. Cavab tədbirləri ilə 42 terrorçu zərərsizləşdirilib, çox sayda silah-sursat ələ keçirilib.

Həmçinin, son bir həftədə qanunsuz yolla Türkiyə sərhədlərini keçməyə cəhd edən 188 nəfər saxlanılıb. Bu şəxslərdən altısının FETÖ, birinin isə İŞİD üzvü olduğu müəyyən edilib. Eyni zamanda, 3441 nəfərin sərhədi qanunsuz keçməsi cəhdinin qarşısı alınıb.

Mövzuya görə xəbərlər