Kurtulmuş və BƏƏ prezidenti ikitərəfli münasibətləri müzakirə ediblər

Kurtulmuş və BƏƏ prezidenti ikitərəfli münasibətləri müzakirə ediblər

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd Bin Zayed Al Nahyan ilə regional və qlobal məsələləri müzakirə edib.

TurkicWorld-un məlumatına görə, görüş zamanı Numan Kurtulmuş, Türkiyə-BƏƏ əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib.

"İki dost və qardaş ölkə olaraq aramızda olan əməkdaşlıq yüksək səviyyədədir və biz bu əməkdaşlığın hər sahədə daha da davam etməsini arzulayırıq. BƏƏ ilə yüksək texnologiyalar və müdafiə sənayesi sahəsində böyük əməkdaşlıq potensialı mövcuddur. BƏƏ-yə Fələstin davasına verdiyi dəstəyə görə təşəkkür edirik. Fələstində təcili atəşkəsin ən qısa zamanda təmin edilməsi və Fələstin xalqının vəziyyətinin yaxşılaşdırılması üçün bölgə ölkələrinin sağlam düşüncə ilə hərəkət etməsi lazımdır",- deyə o bildirib.

Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ASELSAN-ın Birləşmiş Ərəb Əmirlikləri ofisinin açılışını edib.

Aytac Süleymanova

Twitter: a_alieva_