Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza soyqırımı ilə bağlı qəbul etdiyi qərarı bir ümid olaraq görürəm - Əminə Ərdoğan

Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza soyqırımı ilə bağlı qəbul etdiyi qərarı bir ümid olaraq görürəm - Əminə Ərdoğan

Bakı. TurkicWorld:

Beynəlxalq Ədalət Məhkəməsinin Qəzza soyqırımı ilə bağlı qəbul etdiyi qərarı bir ümid olaraq görürəm.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan deyib.

"Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzada soyqırımın qarşısının alınması üçün qəbul etdiyi müvəqqəti qadağan qərarını sülh yolunda bir ümid işiğı kimi görürəm. Ümid edirəm ki, bu qərar, günahsız fələstinliləri, o cümlədən qadınlar, uşaqlar və qocaları vəhşicəsinə qətlə yetirən İsrailə hücumlarını tez bir zamanda dayandırmağa kömək edəcək. Biz dünya qarşısında törədilən hərbi cinayətlərin cəzasız qalmaması üçün birgə mübarizəmizi heç vaxt dayandırmamalıyıq. Türkiyə bölgədə daimi atəşkəs əldə olunana qədər ilk gündə olduğu kimi gələcəkdə də fələstinli qardaşlarımızın yanında olmağa davam edəcək",- deyə o bildirib.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.