Mersində xeyli sayda İŞİD terrorçusu həbs edilib

Mersində xeyli sayda İŞİD terrorçusu həbs edilib

Bakı. TurkicWorld:

Mersin polisi tərəfindən 16 yanvar tarixində həyata keçirilən anti terror əməliyyatı nəticəsində saxlanılan İŞİD terror təşkilatının yeddi şübhəli üzvündən beşi həbs edilib.

TurkicWorld xəbər verir ki, əməliyyat zamanı pul və terror təşkilatına aid bir sıra materiallar ələ keçirilib.

Məlumata əsasən, bir şübhəlinin axtarışları davam edir.

Xatırladaq ki, Mersin polisi tərəfindən yanvarın 16-da İŞİD terror təşkilatı üzvlərinin hərəkət və fəaliyyətlərinin deşifrə edilməsi işləri çərçivəsində doqquz şübhəlinin tutulması istiqamətində həyata keçirilən əməliyyatda yeddi şübhəlinin saxlanıldığı bildirilmişdi. Ünvanı tapılmayan iki şübhəlidən birinin isə yanvarın 12-də deportasiya edildiyi bildirilib.

X: Lamanasadli01