Son dəqiqə

Türkiyə Şimali Kipr Türk Respublikası Cevdet Yılmaz

KKTC-yə hər istiqamətdə dəstək göstərməyə hazırıq – Cevdet Yılmaz

Bakı. TurkicWorld:

Şimali Kipr Türk Respublikasına (KKTC) hər istiqamətdə dəstək göstərməyə hazırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

Yılmaz Türkiyənin Lefkoşa səfirliyində KKTC Baş naziri Ünal Üstel ilə görüşüb.

Görüş zamanı İqtisadi və Maliyyə Əməkdaşlıq Protokolu çərçivəsində edilən və ediləcək investisiyalar müzakirə edilib.

Üstel ilə imzalanan ilkin protokol çərçivəsində kabel elektrik layihəsinin fizibilite işlərinə başlanıldığını bildirən Yılmaz, KKTC-də bərpa olunan enerjidə böyük potensialın aktivləşdiriləcəyini bildirib.

“Biz çalışacağıq ki, sahibkarlarımız və tədqiqatçılarımız bu imkanlardan yararlansınlar və bərabərlik əsasında özlərini inkişaf etdirsinlər. Bu, bizim gələcək danışıqlarda və baş verə biləcək siyasi danışıqlarda əsas perspektivimiz olacaq. İstənilən iş iki dövlət arasında danışıqlar formasında olacaq.” – deyə Cevdet Yılmaz qeyd edib.

O bildirib ki, KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olmaq, Azərbaycanla əlaqələr kimi nümunələr inkişafın göstəricisidir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər