Son dəqiqə

Azərbaycan Ermənistan Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Gülər

Qafqazda sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında daimi sülh müqaviləsinin bağlanmasını tələb edir - Yaşar Gülər

Bakı. TurkicWorld:

Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

Y.Gülər onu da qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərində “Tək Vətən Əməliyyatı” önəmlidir.

"Qafqaz regionunun artıq münaqişə deyil, dostluq və əməkdaşlığa ehtiyacı var", - deyə o vurğulayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər