Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçirilir

Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçirilir

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclası keçirilir.

TurkicWorld xəbər verir ki, mətbuata qapalı keçirilən iclasda Türkiyənin müdafiə sənayesi sahəsində ötən il əldə etdiyi uğurlarla bağlı ümumi qiymətləndirmə aparılacaq, bu il üçün yol xəritəsi müzakirə olunacaq.

Məlumata əsasən, bu çərçivədə Türkiyənin səmada yeni gücləri olacaq Bayraktar TB3, Kızıl Elma, KAAN, ANKA-3 və Hürjet layihələrinin gedişatı barədə müzakirələr aparılacaq.

Bundan əlavə, iclasda Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik bqurumlarının istifadə etdiyi yerli və milli sistemlərə yeni sistemlərin əlavə edilməsi ilə bağlı qərarlar da veriləcək.

X: Lamanasadli01