Türkiyə Superkubok finalı ləğv edildi

Türkiyə Superkubok finalı ləğv edildi

Bakı. TurkicWorld:

Türkiyə Superkubok finalı ləğv edildi.

TurkicWorld-un məlumatına görə, "Fenerbahçe" və "Galatasaray" futbol klubları final oyununa çıxmayacaqlarını bildirib.

Verilən məlumatlara görə, iki komandanın qarşılaşması bu gün TSİ (Türkiyə Saatı ilə) 20:45-də başlanılması gözlənilirdi.

Oyunun başlamasına bir müddət qalmış "Fenerbahçe" və "Galatasaray" futbol klubları Səudiyyə tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar.

Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün "Yurtda sulh, cihanda sulh" sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib.

Məlumat üçün qeyd edək ki, hər iki komanda heyəti standionu tərk edib.