Türkiyə ilk torpedosunu bu gün inventara daxil etdi (ÖZƏL)

Türkiyə ilk torpedosunu bu gün inventara daxil etdi (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin yerli imkanlarla hazırladığı ilk torpido olan AKYA, bu gün Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilib.

TurkicWorld-un məlumatına görə, Türkiyə, bu yaxınlarda milli və yerli idarəedici mərmi olan ATMACA-nı inventara əlavə edib.

Türkiyə Müdafiə sənayesi tərəfindən hazırlanan, gəmilərdən hava hədəflərinə qarşı istifadə ediləcək HİSAR dəniz milli və yerli idarə olunan raketi də qısa müddətdə istifadəyə veriləcək.

AKYA torpedonun xüsusiyyətləri:

Tamamilə yerli və milli resurslarla hazırlanmış yeni nəsil ağır sinif torpido AKYA, sualtı və yerüstü hədəfləri vurma qabiliyyəti ilə seçilir.

50+ kilometr mənzilə malik olan AKYA torpidası, akustik əks-tədbir qabiliyyəti ilə tanınır.

Milli torpido AKYA sayəsində müdafiə sənayesində xaricə asılılıqda daha bir böyük baraj aşılıb. AKYA, ABŞ və Almaniya istehsalı olan torpidalardan üstün xüsusiyyətləri ilə ağır sinif torpidaları sahəsində seçilir.

Aytac Süleymanova

Twitter: a_alieva_