Son dəqiqə

Türkiyə Alparslan Bayraktar

Biz Türkiyə sərhədlərindən kənardakı neft yataqlarında da aktiv kəşfiyyat işləri aparmağı planlayırıq - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Biz, Türkiyə sərhədlərindən kənardakı neft və təbii qaz yataqlarında da aktiv kəşfiyyat və hasilat işləri aparmağı planlaşdırırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

“Sakaryanı tam istismara verdikdə ildə 15 milyard kubmetr civarında, müəyyən mənada sənayemizin ehtiyac duyduğu qaz oradan qarşılanacaq. Yaşayış yerlərində istehlak artmaqda davam edir. Biz elektrik enerjisi istehsalında da təbii qazdan istifadə edirik. Sakarya qaz yatağı kimi daha bir neçə kəşfə ehtiyacımız var. Qabardan gündəlik 100 min barel hasil etməyi hədəfləyirik",- deyə nazir bildirib.

Qeyd edək ki, 2024-cü ilin sonuna kimi Türkiyə Qabardakı gündəlik neft hasilatını 100 min barelə çatdırmağı hədəfləyir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər