Son dəqiqə

Özəl PUA Türkiyə Müdafiə Sənayesi İdərəsi

Türkiyədə mikro PUA hazırlanıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesi daxilində aparılan işlər çərçivəsində Lapis Aviasiya şirkəti 100-150 qram ağırlığında mikro Pilotsuz Uçuş Aparatı (PUA) hazırlayıb.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, Lapis Aviasiya şirkəti 3-cü Hərbi Logistika və Dəstək Sammitində hibrid hərəkət robotu HİRO-nu nümayiş etdirib. Təkərləri ilə quruda hərəkət edə bilən, həmçinin, fırlanan qanadları ilə uçma qabiliyyətinə malik olan HİRO-nun əsas gövdəsində mikro PUA yerləşdirilib.

Bundan əlavə, mikro PUA xüsusilə dar və qapalı mühitlərdə istifadə üçün əlverişli olacaq.

"Mikro PUA dərin öyrənmə modelləri ilə hazırlanmış görüntü emal proqramı sayəsində obyektləri aşkar edə bilir. Mikro PUA-nın testlərdən keçməsi və qısa müddətdə istifadəyə hazır olması hədəflənir", - deyə məlumatda qeyd edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər