Son dəqiqə

Türkiyə İsrail Qəzza zolağı Hakan Fidan

İsrail və Fələstin sülh üçün addım atarsa biz bunu dəstəkləməyə hazırıq – Hakan Fidan

Bakı. TurkicWorld:

İsrail və Fələstin sülh üçün addım atarsa biz bunu dəstəkləməyə hazırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqası Təmas Qrupu üzvləri ilə danışıqlar zamanı deyib.

“Problem indi israilliləri və fələstinliləri aşır. Ona görə də region dövlətləri problemi qəbul etməli və məsuliyyətlə hərəkət etməlidirlər. Atəşkəs əldə olunmalı, daimi və struktur həll yolu təmin edilməlidir, bu iki dövlətli həll yoludur.” – deyə Hakan Fidan deyib.

O qeyd edib ki, əgər hər iki tərəf bu məsələdə addım atsa, Türkiyə hər cür töhfə verməyə hazırdır.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər