Son dəqiqə

İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

İsrailin daxilində Netanyahuya qarşı qruplaşmalar mövcuddur - Ərdoğan

Bakı. TurkicWorld:

İsrailin daxilində Netanyahuya qarşı qruplaşmalar mövcuddur.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Netanyahu bu və ya digər şəkildə mütləq mühakimə olunacaq. Dünyanın müxtəlif yerlərində Netanyahuya qarşı insanlar ayağa qaldığı kimi, İsraildə də belə qarşıdurmalar yaşanır. Netanyahunun hər an mühakimə olunmasını istəyən israilli qrup var. O, gec-tez mühakimə olunacaq və törətdiyi hərbi cinayətlərin əvəzini ödəyəcək. Əgər beynəlxalq hüquq lazımi qaydada tətbiq edilərsə və bu hərbi cinayətlər cəzalandırılarsa, bu qərar həm Fələstin bölgəsində, həm də dünyanın digər yerlərində bütün zülmkarlara nümunə olacaq. Əks halda, yeni soyqırımlara qapı açılacaq. Bu səbəbdən biz bu işi sıx şəkildə davam etdirəcəyik və Qəzza soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi üçün əlimizdən gələni edəcəyik",- deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti qeyd edib ki, İsraili idarə edən hazırkı koalisiya sağlam deyil. Bu koalisiya dağılıb və dağılır. Hazırda HƏMAS və Fələstin səbir mexanizmini işlədir. İnanıram ki, qələbə onların olacaq.

"BMT-də atəşkəs layihəsi səsverməsində, məncə, bitərəf qalan ölkələrin münasibətində dəyişiklik olacaq. İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə zirvə toplantısından sonra İsrailin zülmünü və həll yollarını ölkələrə izah etmək üçün yeddi nəfərdən ibarət qrup yaradılıb. Xarici işlər nazirimiz Hakan Fidan da bu yeddi nəfərlik qrupa daxildir. Onlar müxtəlif ölkələrə səyahət edirlər. İslam Əməkdaşlıq Təşkilatında ilk dəfə olaraq belə bir fəaliyyət qrupu yaradılıb. Əvvəlcə Rusiya və Çinə getdilər. Daha sonra Fransa və İngiltərədə danışıqlar aparılıb. Aralıq dənizi ölkələri ilə bir araya gəldik. Hər görüşdə Fələstinlə bağlı hazırladığımız müzakirələr və siyasətlər qarşı tərəfə çatdırılır. Gördük ki, bu siyasətlər izah olunduqca, diskursda ciddi dəyişiklik baş verməyə başladı",- deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti onu da əlavə edib ki, İsrail Avropanı itirməyə başladığının fərqindədir. Düşünürəm ki, bizim prinsipial mövqeyimiz Avropada yayılsa, İsrail qırğınını davam etdirə bilməyəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər