ASELSAN-nın yeni layihəsi Argentinanın diqqət mərkəzindədir

ASELSAN-nın yeni layihəsi Argentinanın diqqət mərkəzindədir

Bakı. TurkicWorld:

ASELSAN MEKO 360 esminesinin modernləşdirilməsi layihəsi, Argentina Hərbi Dəniz Qüvvələrinin diqqət mərkəzindədir.

TurkicWorld-un məlumatına görə, ASELSAN, Argentina Hərbi Dəniz Qüvvələrinə təqdim ediləcək MEKO 360 esmineslərinin modernləşdirilməsi ilə bağlı layihə üzərində işləyir.

Məlumdur ki, ASELSAN-ın Türkiyə Hərbi Dəniz Qüvvələri üçün etdiyi modernləşdirmə paketi son dərəcə uğurlu olub və bütün dünyanın diqqətini çəkib.

Gəmilərin atəşə nəzarət, radar və elektron sensorlar kimi elementlərinin Türkiyə istehsalı sistemlərlə modernləşdirilməsi gözlənilir.

Modernləşdiriləcək ünsürlərə aşkarlama və istiqamətləndirmə sistemləri, inteqrasiya olunmuş komanda və idarəetmə sistemləri, hərəkət qurğusu, silahların təkmilləşdirilməsi daxildir.

Aytac Süleymanova

Twitter: a_alieva_