Son dəqiqə

Fələstin İsrail Türkiyə Ticarət nazirliyi Ömər Bolat Qəzza

Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün çalışmağa davam edəcəyik - Bolat

Bakı. TurkicWorld:

Ən qısa zamanda Qəzzada hücumların dayandırılması və yardımların Qəzzayə çatması, daimi atəşkəsin təmin edilməsi üçün çalışmağa davam edəcəyik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Fələstinin iqtisadiyyat naziri Khaled Osailly ilə görüşü zamanı bildirib.

Məlumata əsasən, görüş zamanı Khaled Osailly Fələstinə verdikləri dəstəyə görə Türk millətinə və dövlətinə təşəkkür edib.

“Bizim borcumuz bu çətin dövrdə İsrail soyqırımını bütün platformalarda bəyan edərək fələstinli qardaşlarımızın yanında olmaqdır”, – deyə nazir Bolat qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər