Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Dubai Expo City sərgi mərkəzini ziyarət edib.
TurkicWorld xəbər verir ki, Türkiyə prezidentini BMT-nin baş katibi Antonio Quterreş və BƏƏ prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan qarşılayıb.
O, burada Şotlandiyanın ilk müsəlman baş naziri Həmzə Yusiflə görüş keçirib. İkitərəfli diplomatik görüşlərini davam etdirən Ərdoğan daha sonra İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşüb.
Məlumata əsasən, Ərdoğan COP28 çərçivəsində keçiriləcək Dünya İqlim Fəaliyyəti Sammitində iştirakçılara müraciət edəcək və ikitərəfli görüşlərini davam etdirəcək.
Qeyd edək ki, 30 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – “COP28” konfransı işinə başlayıb.