Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaza təhvil verib.
TurkicWorld bu barədə Resmi Gazeteye istinadən xəbər verir.
Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın bu gün Birləşmiş Ərəb Əmirliklərinə etdiyi rəsmi səfəri ilə əlaqədar atılıb.
Xatırladaq ki, bu gün Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 keçiriləcək.