THY Vyetnam Hava Yolları ilə əməkdaşlığın gücləndirilməsinə dair müqavilə imzalayıb

THY Vyetnam Hava Yolları ilə əməkdaşlığın gücləndirilməsinə dair müqavilə imzalayıb

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) Vyetnam Hava Yolları ilə Ankarada imzaladığı xoşməramlı müqavilə ilə effektiv əməkdaşlıq portfelinə yeni bir tərəfdaşlıq əlavə edib.

TurkicWorld-un məlumatına görə, THY hava yük markası olan Turkish Cargo ilə imzalanan müqavilə ilə iki şirkətin potensial əməkdaşlıq müxtəlifliyinin yaxşılaşdırılması hədəflənir.

Bu müqavilə ilə Turkish Cargo-nun sektordakı lider mövqeyi daha da güclənəcək və qlobal logistika sahəsindəki təcrübəsini genişləndirməyə davam edəcək.

Qeyd edək ki, bu gün Vyetnam Baş naziri Türkiyəyə ilk rəsmi səfərini edib. Səfər çərçivəsində, baş nazir Türkiyənin aparıcı müəssisələri, korporasiyaları və investisiya fondlarının nümayəndələri ilə görüş keçirəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_