Son dəqiqə

Türkiyə İran İbrahim Rəisi

İran prezidentinin Türkiyəyə səfəri ləğv olunub

Bakı. TurkicWorld:

İran prezidenti İbrahim Rəisinin Türkiyəyə bugünki səfəri ləğv olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat verib.

"Səfər bu ayın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilmişdi və o, iki liderin İsrail-Fələstin münaqişəsi ilə bağlı müzakirələr aparacağını bildirmişdi",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 noyabr tarixində jurnalistlərə verdiyi açıqlamada, İran prezidenti İbrahim Rəisinin 28 noyabr tarixində Türkiyəyə rəsmi səfər edəcəyini bildirmişdi.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər