Qəzzada baş verənlər beynəlxalq sistemin böhranını təsdiqlədi - Fahrettin Altun

Qəzzada baş verənlər beynəlxalq sistemin böhranını təsdiqlədi - Fahrettin Altun

Bakı. TurkicWorld:

Qəzzada baş verənlər beynəlxalq sistemin böhranını təsdiqlədi.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, 2023 Beynəlxalq Strateji Rabitə Sammitinin (Stratcom) açılış mərasimində çıxışı zamanı deyib.

“47 gündür Qəzzada baş verənlər və İsrailin Qəzza zolağına hücumları beynəlxalq sistemin böhranını təsdiqləyən mənzərəni bizə təqdim edib. Dünya İsrailin sistemli dezinformasiya siyasətinin hədəfindədir. İsrail bütün dünyanı manipulyasiya etməyə çalışır. Oktyabrın 7-dən bu yana İsrail tərəfindən 64 media üzvü qətlə yetirilib. Hibrid təhdidlərə qarşı durmaq üçün biz ilk növbədə milli təhlükəsizlik və müdafiə mexanizmlərində islahatlar aparmalı, çevik və çoxyönlü döyüş strategiyaları hazırlamalıyıq. Bu gün dövlətlər və qeyri-dövlət aktorları regional və qlobal münaqişə və böhranlarda hərbi vasitələrdən əvvəl informasiya vasitələrinə ciddi sərmayə qoyurlar”,- deyə Altun bildirib.

Qeyd edək ki, Qəzzada ölənlərin sayı 14 min 854-ə yüksəlib.

Aytac Süleymanova

Twitter: a_alieva_