Qəzzada hədəf tam atəşkəs olmalıdır - Hakan Fidan

Qəzzada hədəf tam atəşkəs olmalıdır - Hakan Fidan

Bakı. TurkicWorld:

Qəzzada hədəf tam atəşkəs olmalıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.

"Qəzzada ən qısa zamanda tam və davamlı atəşkəsin yaradılması vacibdir. İsrail üzərində təsir gücünə malik bütün ölkələri beynəlxalq hüquqa uyğun hərəkət etməyə, hərtərəfli sülh və iki dövlətli həll üçün hərəkətə keçməyə çağırırıq, daimi və hərtərəfli sülh üçün birgə çalışmalıyıq. Qəzzada məqsəd tam atəşkəs olmalıdır. İsrail üzərində təsiri olan ölkələr daimi sülhə təzyiq etməlidir",- deyə nazir bildirib.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 14 min 532 nəfərə çatıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Aytac Süleymanova

Twitter: a_alieva_