Bakı. TurkicWorld:
Qəzzadakı atəşkəsin müvəqqəti olması yetərli deyil.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.
“Oktyabrın 7-dən bu yana İsrail bütün qaydaları pozaraq, uşaqları, xəstələri, mülki əhalini qətlə yetirir. Dünya buna səssiz qalır. Bu gün Qəzzada müvəqqəti də olsa atəşkəs, əlbəttə ki, müsbət addımdır. Amma kifayət deyil.” – deyə Yılmaz bildirib.
O qeyd edib ki, əsas məqsəd atəşkəsi daimi təmin etməkdir.
“Türkiyənin müdafiə etdiyi kimi, bu humanitar faciələrə son qoymaq, bölgəmizə və dünyaya sülh gətirmək üçün iki dövlətli həll yolu həyata keçirilməlidir. Biz görünən və görünməyən bütün imkanlarımızı səfərbər edərək fələstinli qardaşlarımıza əlimizdən gələn hər cür dəstəyi veririk.” – deyə Cevdet Yılmaz bildirib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.
Hafiz Rufizoğlu