Bakı. TurkicWorld:
İsrail-Fələstin münaqişəsində bütün dünyanı iki dövlətli həllin yaradılmasında təşəbbüs göstərməyə çağırıram.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İşğal olunmuş Fələstin ərazilərində, xüsusən də Qəzzada baş verən faciə artıq bəşəriyyətin tolerantlıq həddini aşıb. Burada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törədilir. Mən İsrail-Fələstin münaqişəsində bütün dünyanı iki dövlətli həllin yaradılmasında təşəbbüs göstərməyə çağırıram. Müstəqil Fələstin qurulmalıdır. Biz digər ölkələrlə birlikdə zamin olaraq məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. Bizim humanitar yardımlarımız da davam edir",- deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti bildirib ki, İsrail-Fələstin arasında sabah baş tutacaq əsirlərin mübadiləsi müsbət haldır. Ümid edirəm ki, bu, daimi atəşkəsə gətirib çıxaracaq.
Aytac Süleymanova
Twitter: a_alieva_







