Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Demokratik Xalq Cümhuriyyətinin sədri Əbdülməcid Tebbunun dəvəti ilə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının II Toplantısında iştirak etmək üçün Əlcəzairə səfər edib.
TurkicWorld xəbər verir ki, şura iclası paytaxt Əlcəzairdə, iki prezidentin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək.
Görüş çərçivəsində aparılacaq müzakirələr zamanı son vaxtlar ciddi sürət qazanan Türkiyə-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımların müzakirə olunacağı bildirilib.
Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.