Əlcəzairdə türk məktəbi açılacaq

Əlcəzairdə türk məktəbi açılacaq

Bakı. TurkicWorld:

Türkiyə ilə Əlcəzair arasında təhsil sahəsində də əməkdaşlığın dərinləşməsi nəticəsində, Əlcəzairdə türk məktəbi açılacaq.

TurkicWorld bu barədə Resmi Gazete-ye istinadən xəbər verir.

"Türkiyə Respublikası ilə Əlcəzair Hökuməti arasında beynəlxalq türk məktəbinin açılması ilə bağlı sazişin təsdiqini təsdiq edən qanuna görə, Əlcəzairdə türk məktəbi açılacaq",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Demokratik Xalq Cümhuriyyətinin sədri Əbdülməcid Tebbunun dəvəti ilə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının II Toplantısında iştirak etmək üçün bu gün Əlcəzairə rəsmi səfər edəcək.

Görüş çərçivəsində aparılacaq müzakirələr zamanı son vaxtlar ciddi sürət qazanan Türkiyə-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımların müzakirə olunacağı bildirilib.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_