Bakı. TurkicWorld:
Türkiyənin rəqəmsal iqtisadiyyatdakı uğurları təkcə ölkə daxilində deyil, qlobal arenada da diqqəti cəlb edəcək və Türkiyəni rəqəmsal liderə çevirəcək.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Türkiyənin rəqəmsal iqtisadiyyatdakı uğuru təkcə ölkə daxilində deyil, qlobal arenada da diqqəti cəlb edəcək və Türkiyəni rəqəmsal lider kimi göstərəcək. Türkiyə Əsrinə güclü sənaye və milli texnologiyaya malik bir Türkiyə vizyonu və yüksək texnologiyaya əsaslanan rəqabətə davamlı, yerli və milli sənaye quruluşu yaratmaq missiyası ilə başladıq. Türkiyənin gələcəyini, yerli istehsal, yüksək texnologiya və qlobal marka kimi üç əsas başlıq altında müzakirə edirik",- deyə nazir bildirib.
Aytac Süleymanova
Twitter: a_alieva_