
Bakı. TurkicWorld:
İsrail mütləq Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunacaq.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.
"İsrail mütləq Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunacaq. İsrail-Fələstin məsələsində Türkiyə olaraq ədaləti müdafiə etməyə davam edəcəyik”,- deyə nazir bildirib.
Yılmaz Tunç onu da qeyd edib ki, Türkiyə üçün yeni, demokratik, sivil və əhatəli konstitusiya qəbul edilməlidir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.
Aytac Süleymanova
Twitter: a_alieva_