
Bakı. TurkicWorld:
Həması məhv etmək adı ilə Qəzzanın hərtərəfli hədəf alınmasına, məktəblərin və məscidlərin bombalanmasına səssiz qalmayacağıq.
TurkicWorld-un məlumatıan görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.
"Biz əvvəl olduğu kimi gələcəkdə də Fələstin xalqına dəstəyimizi ən güclü şəkildə davam etdirəcəyik. İki dövlətli həll istiqamətində də daimi sülh üçün təşəbbüslərimizi davam etdiririk", - deyə o bildirib.
Hakan Fidan çıxışında Qəzzadan çıxarılan Türkiyə vətəndaşları ilə bağlı fikrinə münasibətdə bildirib ki, bu günə qədər 170 türk vətəndaşı və onların yaxınları Qəzzadan təxliyə edilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.
Aytac Süleymanova
Twitter: a_alieva_