Bugün Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək

Bugün Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək

Bakı. TurkicWorld:

Bugün Türkiyədə Nazirlər Kabinetinin iclası keçiriləcək.

TurkicWorld-un məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda İsrailin Qəzzada törətdiyi qırğına qarşı atılacaq addımlar müzakirə olunacaq.

Məlumat üçün qeyd edək ki, iqtisadiyyatda baş verənlər və terrorla mübarizə də Nazirlər Kabinetinin iclasında müzakirə ediləcək mövzular sırasındadır.

Hafiz Rufizoğlu