İsrailin dezinformasiya kampaniyaları sülhün qarşısını ala bilməz - Altun

İsrailin dezinformasiya kampaniyaları sülhün qarşısını ala bilməz - Altun

Bakı. TurkicWorld:

İsrailin dezinformasiya kampaniyaları sülhün qarşısını ala bilməz.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

“İsrail hökuməti fələstinlilərə hücumları ilə bağlı dezinformasiya yaydığı kimi, Türkiyə haqqında yalanlar yaymaqla məşğuldur. Heç bir dezinformasiya faktları gizlədə bilməz. Onlar regionda sülhün bərqərar olmasında maraqlı deyillər və əllərinə düşən hər fürsətdə müharibəyə təkan verməyə davam edəcəklər.” – deyə Altun bildirib.

O qeyd edib ki, Türkiyə Fələstini haqq davasında yalnız buraxmayacaq.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Hafiz Rufizoğlu