Bakı. TurkicWorld:
İsveç PKK terror təşkilatının qeydiyyatında axtarılan bir nəfəri Türkiyəyə ekstradisiya edib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar açıqlama verib.
Qeyd edək ki, sözügedən məhkum terror təşkilatı PKK-nın ölkədəki önəmli simalarından biridir.
Xatırladaq ki, Türkiyə, İsveçdən tələb etdiyi PKK və FETÖ terror təşkilatlarının üzvlərini ekstradisiya etmədiyi təqdirdə, İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyəcəyini açıq şəkildə bildirib.