Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək - Uraloğlu ​

Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək  - Uraloğlu
​

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Zəngilanda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısı”nda çıxışı zamanı deyib.

"Zəngəzur dəhlizi yeni əlaqələr ortaya çıxaracaq və bu əlaqələr Qafqazda normallaşma üçün mühüm əhəmiyyət daşıyır. Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək bu əlaqənin həyata keçirilməsinin bütün türk dünyasını birləşdirəcək mühüm addım olacağına inanıram. Əlaqələri ilə bütün region ölkələrinə fayda verəcək Zəngəzur dəhlizinin tezliklə başa çatdırılması üçün Azərbaycanla çox sıx əməkdaşlıq edirik. Bu baxımdan Türk dövlətlərinin Zəngilanda bir araya gəlməsini mənalı hesab edirəm",- deyə Uraloğlu bildirib.

Nazir qeyde dib ki, biz üzv dövlətlər arasında aviasiya əlaqələrinin yaxşılaşdırılması ilə bağlı ikitərəfli danışıqlar da apardıq. Bu kontekstdə Aviasiya administrasiyalarımız arasında daha tez-tez və mütəmadi görüşlərin keçirilməsi, uçuşların tezliyi və istiqamətlərinin artırılması, qarşılıqlı rahatlığın təmin edilməsi faydalı olar.

Aytac Süleymanova

Twitter: a_alieva_