Türkiyənin müdafiə sənayesi məhsulları Dubai Airshow 2023-də nümayiş etdirilir

Türkiyənin müdafiə sənayesi məhsulları Dubai Airshow 2023-də nümayiş etdirilir

Bakı. TurkicWorld:

Türkiyənin müdafiə sənayesi məhsulları dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan Dubai Airshow 2023-də nümayiş etdirilir.

TurkicWorld-un məlumatına görə, Bayraktar Akıncı, Bayraktar TB2, Şimşək Yüksək Sürətli Hədəf Təyyarə Sistemi də daxil olmaqla bir çox türk müdafiə sənayesi məhsulları dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan Dubai Airshow 2023-də nümayiş edilir.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən sərgidə, 95 ölkədən 1 400-dən çox nümayəndə iştirak edir. Sərgidə müxtəlif ölkələrdən şirkətlər tərəfindən hazırlanmış bir çox təyyarə və aviasiya sənayesi ilə bağlı həllər sərgilənir.

Sərgidə açdıqları stendlərdə məhsullarını nümayiş etdirən Türkiyə şirkətləri arasında Pavelsis, Roketsan, Turkish Cargo, Turkish Technic, Garanti Composite, Keyvan Aviation, Redstar Aviation və Transvaro da var.

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Beynəlxalq Qızıl Qrup (IGG) stendi ilə iştirak edən yerli şirkətlərlə yanaşı, Türkiyə müdafiə sənayesinin müxtəlif məhsulları da ziyarətçilərə təqdim olunur.

Təqdim olunanlar arasında Baykar tərəfindən milli və yerli olaraq hazırlanmış Bayraktar Akıncı və Bayraktar TB2, Türk Aerokosmik Sənayesi tərəfindən hazırlanmış Şimşək Yüksək Sürətli Hədəf Təyyarə Sistemi və ASELSAN-ın müxtəlif məhsulları var.

Bayraktar Akıncı və Bayraktar TB2 prototipləri, sərgi iştirakçılarının diqqətini çəkərkən, məhsullar haqqında səlahiyyətlilər ziyarətçilərə ətraflı məlumat verir.

Aytac Süleymanova

Twitter: a_alieva_