Əminə Ərdoğan İstanbulda keçiriləcək “Fələstin üçün bir ürək” sammitində liderlərin həyat yoldaşları ilə görüşəcək

Əminə Ərdoğan İstanbulda keçiriləcək “Fələstin üçün bir ürək” sammitində liderlərin həyat yoldaşları ilə görüşəcək

Bakı. TurkicWorld:

Türkiyənin birinci xanım Əminə Ərdoğan sabah İstanbulda keçiriləcək “Fələstin üçün bir ürək” sammitində liderlərin həyat yoldaşları ilə görüşəcək.

TurkicWorld-un məlumatına görə, Əminə Ərdoğanın gündəmində Qəzzada məzlum fələstinlilər, günahsız uşaqlar və həyatını itirən analar var.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu 11 mindən çox insanın həlak olması Əminə Ərdoğan başda olmaqla liderlərin həyat yoldaşlarını hərəkətə keçirib. Türkiyənin birinci xanımının iclasda açılış nitqindən sonra hər bir iştirakçı liderin həyat yoldaşının çıxışı gözlənilir.

Sabah keçiriləcək görüşdə Qətər, Malayziya və Özbəkistan da daxil olmaqla dünyanın bir çox ölkəsindən dövlət və hökumət başçılarının həyat yoldaşları və xüsusi nümayəndələri iştirak edəcək.

İclasda günahsız qəzzalıların iztirablarına son qoyulması və böhranın həlli üçün güclü həmrəylik nümayiş etdiriləcək.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_