Son dəqiqə

Türkiyə NATO İsveç TBMM

İsveçin NATO-ya qəbul protokolu Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq

Bakı. TurkicWorld:

İsveçin NATO-ya üzvlük protokolunun təsdiqini təsdiq edən qanun layihəsi noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq.

TurkicWorld-un məlumatına görə, AK Partinin Ankara millət vəkili Fuat Oktayın sədrliyi ilə toplanacaq komissiya İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qanun layihəsini müzakirə edəcək.

İclasda Komissiya bəzi beynəlxalq müqavilələrə dair qanunvericilik təkliflərini də müzakirə edəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 iyul tarixində Vilnusda Türkiyə, NATO və İsveçin iştirakı ilə üçlü görüşdə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı qərarını verib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər