Türkiyənin töhfəsi olmadan heç bir böhran həll edilə bilməz - Fahrettin Altun

Türkiyənin töhfəsi olmadan heç bir böhran həll edilə bilməz - Fahrettin Altun

Bakı. TurkicWorld:

Türkiyənin töhfəsi olmadan heç bir böhran həll edilə bilməz.

TurkicWorld-un məlumatəna görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"Təsis etdiyimiz dezinformasiyaya qarşı mərkəzimizin davam edən işi nəticəsində oktyabrın 7-dən İsrailin Qəzzaya hücumları ilə bağlı 100-dən çox qəsdən yalan xəbəri ifşa etmişik. İsrail hərbi cinayətlər törədir, Türkiyənin töhfəsi olmadan isə heç bir böhran həll edilə bilməz",- deyə Altun bildirib.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_