Bakı. TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 noyabr tarixində Almaniyaya rəsmi səfər edəcək.
TurkicWorld-un məlumatına görə, Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə görüşəcək.
Türkiyə prezidenti buradakı təmasları zamanı İsrailin Fələstinə qarşı qeyri-insani hücumlarını gündəmə gətirəcək və İsrailin hücumlarına qarşı səssiz qalan Avropa ölkələrinə Berlindən mesaj verəcək.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_