Yeni bir dünya sisteminin qurulması qaçınılmazdır – Numan Kurtulmuş

Yeni bir dünya sisteminin qurulması qaçınılmazdır – Numan Kurtulmuş

Bakı. TurkicWorld:

Yeni bir dünya sisteminin qurulması qaçınılmazdır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Əsrin İş Adamları Dərnəyinin (ASRIAD) “Qıtlıq Çağrısı” mövzusunda keçirilən 3-cü Adi Baş Assambleyasında çıxışı zamanı deyib.

Kurtulmuş, 3 əsrə yaxındır dünyaya hakim olan müasir Qərb dünyasının ortaya atdığı əsas anlayışın “güc” olduğunu bildirib.

“Dünya indiki zamanda iqtisadi tarazlıq və ədalətsizliklər, siyasi balanssızlıqlar və ədalətdən uzaq bir sistem səbəbindən daha böyük münaqişələrə məruz qalıb.” – deyə Kurtulmuş qeyd edib.

O bildirib ki, oktyabrın 8-i səhər saatlarından Qəzzadakı qətliamı dayandırmaq üçün hər kəs mübarizə aparır.

Hafiz Rufizoğlu