Qəzzada ölən uşaqların sayı son 3 ildə münaqişə zonalarında öldürülən uşaqların sayından çoxdur - Əminə Ərdoğan

Qəzzada ölən uşaqların sayı son 3 ildə münaqişə zonalarında öldürülən uşaqların sayından çoxdur - Əminə Ərdoğan

Bakı. TurkicWorld:

7 oktyabrdan bu günə qədər İsrailin Qəzzaya hücumlarında ölən uşaqların sayı son 3 ildə bütün münaqişə zonalarında öldürülən uşaqların sayından çoxdur.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Uşaqların Müdafiəsi Günü çərçivəsində keçirilən “İş yerində uşaqlar və gənclər - Mərkəzi Asiyada iqlim dəyişikliyi” adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

"Atəşkəsi qəbul etməyən İsrail heç bir humanitar yardımın Qəzzaya çatmasına icazə vermir. Bu zülmə səssiz qalmaq bəşəriyyətə qarşı törədilən bu cinayətə ortaq olmaqdır", - deyə o əlavə edib.

Qeyd edək ki, İsrailin Qəzzaya hücumlarında 10 min 812 fələstinli həyatını itirib, onların 4 min 412-i uşaqlardır.

X: Lamanasadli01